Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlıq məsələləri müzakirə edilib

14 fevral 2025, 16:43 (UTC+4)
ÖLKƏ NÜVƏ ENERJİSİ
EDITOR
image

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, MünxenTəhlükəsizlik Konfransı çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Grossi ilə səmərəli görüş olub.

“Paris Sazişi çərçivəsində enerji planlaşdırılmasına dair Anlaşma Memorandumunun icrası, bu xüsusda Agentliklə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik”, deyə P. Şahbazov bildirib.

OXŞAR XƏBƏRLƏR