Avropada külək enerjisi layihələrinə 45 milyard avro investisiya qoyulub

DÜNYA
KÜLƏK
HESABATLAR

image

2025-ci ilin sonuna Avropada ümumi quraşdırılmış külək enerjisi gücü 304 GVt-a çatıb. Bunlardan 265 GVt-ı qurudakı külək stansiyalarından, 39 GVt-ı isə dəniz (offshore) külək stansiyalarından əldə edilib.

“Wind Energy in Europe: 2025 Statistics and 2026–2030 Outlook” adlı hesabatda bildirilir ki, keçən il Avropada ümumilikdə 19,1 gigavat (GVt) yeni külək enerjisi gücü quraşdırılıb. Bu gücün 17,2 GVt-ı və ya 90 %-i quruda külək elektrik stansiyalarından olub ki, bu da yeni rekord müəyyənləşdirib.

Hesabatda qeyd olunur ki, Almaniya keçən il yeni külək enerjisi quraşdırmalarında ən yüksək göstəricini qeydə alıb. Ölkə ümumilikdə 5 735 MVt quraşdırıb, bunun 5,232 MVt-ı quru, 503 MVt-ı isə dəniz külək stansiyalarından olub.

Almaniyadan sonra Türkiyə 2 142 MVt ilə ikinci, İsveç 1 767 MVt ilə üçüncü, İspaniya 1 563 MVt ilə dördüncü, Fransa 1 414 MVt ilə beşinci, Böyük Britaniya isə 1 250 MVt ilə altıncı olub.

Eyni zamanda, Danimarka elektrik istehsalında 50 %-lik külək enerjisi istehsalı ilə ən yüksək paya malik ölkə seçilib. Litva və İrlandiya isə hər biri 33 % payla onu izləyib.

Avropada külək enerjisinə yatırımlar sürətlə davam edir. Keçən il yeni külək enerjisi layihələrinə ümumilikdə 45 milyard avro investisiya qoyulub və bu investisiyalar yaxın illərdə 21 GVt yeni gücün maliyyələşdirilməsini təmin edəcək.

Renewables.az


OXŞAR XƏBƏRLƏR