Azərbaycanda dənizdə külək enerjisi layihələrinin gəmi-logistika təminatı müzakirə olunub

AZƏRBAYCAN
KÜLƏK

image

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Dünya Bankının ekspert heyəti ilə görüş keçirilib.

Renewables.az ASCO-ya istinadən xəbər verir ki, görüş zamanı Xəzər dənizində həyata keçirilməsi nəzərdə tutulan külək enerjisi layihələrinin icrası çərçivəsində yarana biləcək gəmi xidmətlərinə dair ehtiyaclar müzakirə olunub.

Bu çərçivədə ASCO-nun ixtisaslaşmış donanmasının imkanları, layihələrin müxtəlif mərhələlərində istifadə oluna biləcək gəmi tipləri, eləcə də dənizdə tikinti və quraşdırma işlərinin logistik təminatı məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər potensial əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb.

Daha sonra qonaqlar “Üç əsrin şahidi” muzeyini ziyarət edərək, burada Azərbaycanda dənizçiliyin inkişaf tarixini əks etdirən eksponatlar və sənədlərlə tanış olublar.

Görüşdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndəsi də iştirak edib.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR