Azərbaycan Çindən 126 ədəd külək qurğuları idxal edib

AZƏRBAYCAN
KÜLƏK

image

Azərbaycan 2025-ci ilin yanvar-oktyabr aylarında 133 ədəd külək enerjisi ilə işləyən elektrogenerator qurğuları idxal edib.

Renewables.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, malların ümumi idxal məbləği 79 milyon 105,75 min ABŞ dolları təşkil edib.

Məlumatlara görə, külək qurğularının 126 ədədi Çindən (78 milyon 491,17 min ABŞ dolları), 5 ədədi ABŞ-dən (501,67 min ABŞ dolları), 2 ədədi isə Türkiyədən (112,9 min ABŞ dolları) idxal edilib. Həmçinin 11,99 min ABŞ dolları dəyərində 1 ədəd külək qurğusu ABŞ-yə ixrac olunub.

Renewables.az


OXŞAR XƏBƏRLƏR