Azərbaycanın yaşıl enerji potensialı Avstriyada təqdim edilib

AZƏRBAYCAN

image

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Avstriyaya səfəri çərçivəsində Vyana şəhərində keçirilmiş Beynəlxalq Enerji və İqlim Forumunda iştirak edib, tədbirin “Sərhədlərdən kənarda: regional dəyər zəncirləri və yaşıl sənaye dəhlizləri” dəyirmi masasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, çıxış zamanı Azərbaycanın bərpaolunan enerji sahəsində siyasəti və prioritetləri barədə məlumat verilib, hazırda yaradılmaqda olan və bir sıra ölkələri və regionları birləşdirəcək yaşıl enerji dəhlizləri haqqında danışılıb, bu dəhlizlərin tək infrastruktur baxımından deyil, həm də iqtisadi transformasiya, regional əməkdaşlıq və uzunmüddətli enerji təhlükəsizliyi baxımından mühüm rol oynayacağı qeyd olunub.

C.Abdullayev forum ilə yanaşı, BMT-nin Sənaye İnkişafı Təşkilatı tərəfindən təşkil edilmiş "Yaşıl Texnologiya Günləri", "Hidrogen üzrə Beynəlxalq Konfrans" və "Dayanıqlı Soyutma üzrə Forum" tədbirlərinə də qatılıb.

Vyanaya səfər çərçivəsində, həmçinin C.Abdullayev ilə BMT-nin Sənaye İnkişafı Təşkilatının baş direktorunun müavini Ciyong Zou və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktorunun müavini Mixayıl Çudakov ilə ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı ölkəmizin bərpaolunan enerji potensialı barədə məlumat verilib, sözügedən təşkilatlar ilə Azərbaycan arasında müvafiq əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd olunmalıdır ki, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Avstriya hökuməti və Tətbiqi Sistemlər Analizi üzrə Beynəlxalq İnstitut tərəfindən təşkil edilən Vyana Beynəlxalq Enerji və İqlim Forumu dayanıqlı enerji, iqlim fəaliyyəti və yaşıl sənayeləşmə üzrə yüksəksəviyyəli qlobal platformadır. 2009-cu ildən etibarən iki ildən bir keçirilən bu foruma son illərdə ölkə liderləri, hökumət və beynəlxalq təşkilatların nümayəndələri, akademik və biznes dairələr və vətəndaş cəmiyyətinin nümayəndələri olmaqla 140-dan çox ölkədən iki minə yaxın iştirakçı qatılıb.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR