Azərbaycan Türkiyə ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

AZƏRBAYCAN

image

Energetika naziri Pərviz Şahbazov “İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüş keçirib.

Energetika Nazirliyinin məlumatına görə, görüşdə ölkələrimiz arasında strateji enerji tərəfdaşlığının yeni layihələrlə genişlənməsindən məmnunluq ifadə edilib.

Neft-qaz sahəsində Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələrin enerji təhlükəsizliyinə töhfələri qeyd edilib. Azərbaycan-Türkiyə bu uğurlu enerji birliyinin  elektrik enerjisi sahəsində də gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda elektrik enerjisinin Azərbaycandan Naxçıvan və Gürcüstan üzərindən, həmçinin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyadan Türkiyə və Avropaya ötürülməsini nəzərdə tutan layihələrin icrası ilə bağlı müzakirələr aparılıb.

Bu yaxınlarda “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması enerji əlaqələrinin genişlənməsinin göstəricisi kimi qiymətləndirilib.

Söhbət zamanı nazir Alparslan Bayraktar  “Bakı Enerji Həftəsi”ndə iştirak edəcəyini bildirib.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR