Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edib

AZƏRBAYCAN

image

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası ərəfəsində energetika naziri Pərviz Şahbazov Moldovanın energetika naziri Dorin Junqetu ilə görüşüb.

Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, tərəflər bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirilib.

Görüşdə həmçinin Moldovanın külək elektrik stansiyaları və enerji saxlama obyektləri üçün tenderin keçirilməsi çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.



OXŞAR XƏBƏRLƏR