Azərbaycan "Vestas" şirkəti tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılmasını nəzərdən keçirib

AZƏRBAYCAN
KÜLƏK

image

Azərbaycan "Vestas" şirkəti tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivlərini nəzərdən keçirib.

Renewables xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Danimarkanın "Vestas Wind Systems A/S" şirkətinin marketinq, kommunikasiyalar, dayanıqlılıq və ictimai əlaqələr üzrə qrupun baş vitse-prezidenti Morten Dirholm ilə videokonfrans formatında görüş keçirdik. Görüş zamanı Azərbaycanın yaşıl enerji ixracı üzrə regional mərkəzə çevrilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik. Birgə layihələrin həyata keçirilməsi, "Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində külək enerjisinin ixracı və şirkət tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivlərini nəzərdən keçirdik", - nazir qeyd edib.



OXŞAR XƏBƏRLƏR