Azərbaycan Vyanada keçirilən Beynəlxalq Enerji və İqlim Forumunda təmsil olunur

AZƏRBAYCAN

image

Azərbaycan Avstriyanın Vyana şəhərində keçirilən Beynəlxalq Enerji və İqlim Forumunda təmsil olunur.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, forumda Agentliyin direktoru Cavid Abdullayev iştirak edir.

Səfər çərçivəsində C. Abdullayev aprelin 7-8-də keçirilən "Yaşıl Texnologiya Günləri", "Hidrogen üzrə Beynəlxalq Konfrans" və "Dayanıqlı Soyutma üzrə Forum" tədbirlərinə qatılıb.

Bununla yanaşı, C. Abdullayev "Schoenherr" hüquq firması ilə ikitərəfli görüş keçirib. Görüş zamanı bərpa olunan enerji layihələri üzrə hüquqi əməkdaşlıq, investisiya imkanları və normativ-hüquqi məsələlər müzakirə olunub.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR