Aprelin 19-da Azərbaycanda ümumi istehsal olunan 60,7 milyon kilovat-saat elektrik enerjisinin 15,6 milyon kilovat-saatı su elektrik stansiyalarında, 5,1 milyon kilovat-saatı isə günəş və külək elektrik stansiyalarında istehsal olunub.
Energetika Nazirliyinin məlumatına görə, bununla ümumi elektrik enerjisi istehsalının 20,7 milyon kilovat-saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub.
Ötən gün istehsal olunan elektrik enerjisinin 34,1 faizi bərpa olunan enerji mənbələrinin payına düşüb.
