Azərbaycanda külək enerjisi istehsalı 2 dəfə artıb

AZƏRBAYCAN
KÜLƏK

image

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın külək elektrik stansiyalarında 100 milyon kVts elektrik enerjisi istehsal edilib.

Renewables.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, 2024-cü ilin 11 ayının göstəriciləri ilə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 24 milyard 603,5 milyon kVts elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur. Bunun 23 milyard 783,1 milyon kVts-ı əmtəəlik elektrik enerjisi olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Elektrik enerjisi istehsalının 20 milyard 444,7 milyon kVts-ı isə istilik elektrik stansiyalarının (+0,9 %), 2 milyard 665,9 milyon kVts-ı su elektrik stansiyalarının (-2 %), 172,9 milyon kVts tullantıların yandırılmasından alınan elektrik enerjisi (-5,4 %) istehsalının payına düşüb.

Renewables.az


OXŞAR XƏBƏRLƏR