2026-cı ilin yanvar-may aylarında Azərbaycanın külək elektrik stansiyalarının elektrik enerjisi istehsalı 427,4 milyon kVts təşkil edib.
Renewables Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66,8 dəfə çoxdur.
