Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə ediblər.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Ukrayna Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal ilə onlayn görüşdə enerji sahəsində ikitərəfli formatda və Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığa dair müzakirələr aparıldı. Davamlı əsasda göndərilən enerji avadanlıqları da daxil olmaqla humanitar yardım məsələləri nəzərdən keçirildi", - paylaşımda qeyd edilib.
