“Azərenerji” ASC-nin sədri Baba Rzayevlə Dünya Bankının enerji üzrə baş mütəxəssisləri, hazırkı tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin və yeni tapşırıq qrupunun rəhbəri Sameh Mobarekin təmsil olunduğu Enerji sektoru üzrə missiya heyəti arasında görüş olub.
“Azərenerji”nin məlumatına görə, görüşdə "Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi Layihəsi"nin (AZURE) icra statusu və iş prosesinin planlanması barədə müzakirələr aparılıb.
Azərbaycanda həyata keçirilən irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi edilib.
