Birləşmiş Krallıqda 20 MVt gücündə qabarma-çəkilmə enerjisi layihələri dəstəklənəcək

DÜNYA
DALĞA

image

Birləşmiş Krallıqda ümumi gücü 20 MVt olan dörd qabarma-çəkilmə enerjisi layihəsi CfD (Contract for Difference – Fərq Müqaviləsi, sabit qiymət təmin edən enerji müqaviləsi) əldə edib.

Uelsdə yerləşən 10 MVt gücündə "Ynni’r Lleuad 3", 5,5 MVt gücündə "Mor Energy GO3 Phase 2" və 3 MVt gücündə "Morlais" layihələri, Şotlandiya sahillərində yerləşən 2,4 MVt gücündə "Orbital Marine" layihəsi Fərq Müqaviləsi əldə edərək dəstəklənib.

Adıçəkilən 4 layihəyə təxminən 15 milyon funt sterlinq (18,75 milyon ABŞ dolları) ayrılacaq. Layihələrin icra illəri 2028-2030-cu illər olaraq planlaşdırılır.

Layihələr hər meqavat-saat üçün 265 funt sterlinq (331 ABŞ dolları) səviyyəsində təsdiqlənib ki, bu da hökumətin müəyyən etdiyi qiymətdən 28,6 % aşağı olub.

Məlumat üçün bildirək ki, qabarma-çəkilmə enerjisi Ayın və Günəşin Yer okeanlarına (sularına) təsir edən cazibə qüvvəsi nəticəsində yaranan proqnozlaşdırıla bilən, bərpa olunan enerji mənbəyidir. Bu enerji suların qalxıb-enməsindən (potensial enerji) və ya sürətlə hərəkət edən cərəyanlardan (kinetik enerji) sualtı turbinlər və ya baryerlər vasitəsilə əldə edilir. 



OXŞAR XƏBƏRLƏR