"Balakən" KSES-də 30 milyon kVts-a yaxın elektrik enerjisi istehsal olunub

AZƏRBAYCAN HİDRO

3 avqust 2026 11:03 (UTC+4)
image

“Balakən” Kiçik Su Elektrik Stansiyasında (KSES) istismar edildiyi tarixdən cari ilin 1 iyulunadək ümumilikdə 29,7 mln. kVts elektrik enerjisi istehsal olunub.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,44 MVt olan stansiyanın açılışı 2017-ci ilin 3 avqust tarixində olub.

Qeyd edək ki, KSES-lərdə ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

OXŞAR XƏBƏRLƏR