Dövlət Məşğulluq Agentliyi bərpa olunan enerji sahəsi üzrə peşə hazırlığı müəssisələrini kursların təşkili üçün əməkdaşlığa dəvət edir.
Agentliyin məlumatına görə, məqsəd əmək bazarının aktual tələblərinə uyğun bilik və bacarıqlara sahib ixtisaslı kadrlar hazırlamaq və vətəndaşların məşğulluq imkanlarını artırmaqdır.
Bildirilib ki, alternativ enerji qurğu və avadanlıqlarının istehsalı, bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı, külək turbinlərinin quraşdırıcısı istiqamətlərində fəaliyyət göstərən müəssisələr peşə hazırlığının təşkilində iştirak etmək istəyən hər ayın ilk 10 günü aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
