Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların siyahısı genişlənib

AZƏRBAYCAN

image

Nazirlər Kabineti 25 dekabr 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı"nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi əlavə olunub.



OXŞAR XƏBƏRLƏR