18 dekabr 2025-ci il tarixində saat 15:00-da Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.
İclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin cari il ərzində icra vəziyyətinə dair məlumat veriləcək və 2026-cı il üçün Yol Xəritəsinin layihəsi müzakirə olunacaq.
