EMTA və CECECO arasında əməkdaşlıq imkanları müzakirə edilib

AZƏRBAYCAN

image

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubovanı qəbul edib. 

Görüşdə CECECO tərəfindən həyata keçirilən layihələr və fəaliyyət istiqamətləri barədə məlumat verilib, eləcə EMTA və CECECO arasında əməkdaşlıq imkanları üzrə müzakirələr aparılıb.

Tərəflər Enerji effektivliyi fondunun fəaliyyəti, eləcə də bərpaolunan enerji layihələri üzrə qarşılıqlı dəstək imkanlarına toxunublar, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR