Cari ilin may ayında Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin 33 %-i bərpa olunan enerji mənbələrinin payına düşüb.
Renewables xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən ay 2 milyard 83,4 milyon kVts elektrik enerjisi istehsal edilib ki, bunun 689 milyon kVts-ı bərpa olunan mənbələr hesabına təmin olunub.
Ay ərzində Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi tələbatı tam şəkildə bərpa olunan enerji mənbələri hesabına qarşılanıb.
