İran münaqişəsi qaçılmaz olaraq bərpa olunan enerji sahəsinə investisiyaların artmasına səbəb olacaq.
Renewables.az xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera bildirib.
"Bu enerji növləri yalnız enerji təhlükəsizliyi üçün vacib deyil, eyni zamanda mövcud olan ən ucuz elektrik istehsalı mənbələrini təmsil edir. Bərpa olunan enerji həm iqtisadiyyata, həm də ətraf mühitə fayda verir və enerji bazarlarından strateji məqsədlər üçün istifadə olunmasına qarşı ən effektiv müdafiəni təmin edir", - IRENA-nın baş direktoru qeyd edib.
