IRENA şəbəkədən kənar (off-grid) bərpa olunan enerji gücü ilə bağlı hesabat dərc edib

22 fevral 2023, 16:24 (UTC+4)
HESABATLAR
EDITOR
image
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) şəbəkəyə bağlı olmayan (off-grid) bərpa olunan enerji mənbələrinin qoyuluş gücü ilə bağlı hesabat dərc edib. "Renewables.az" hesabata istinadən xəbər verir ki, 2021-ci ildə dünyada off-grid sistemlərin bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücləri aşağıdakı kimidir:
  • Hidroenerji: 815,034 MVt;
  • Günəş işıqları və günəş ev sistemləri: 415,439 MVt;
  • Günəş işıqları (<11 Vt): 95,872 MVt;
  • Günəş ev sistemləri (11-50 Vt): 151,329 MVt;
  • Günəş ev sistemləri (>50 Vt): 169,428 MVt;
  • Kiçik günəş sistemləri: 472,891 MVt;
  • Günəş nasosları: 669,853 MVt;
  • Günəş nasosları (kənd təsərrüfatı): 654,537 MVt;
  • Günəş nasosları (ictimai su təchizatı): 15,314 MVt;
  • Digər şəbəkədən kənar fotovoltaik sistemlər: 1 369,700 MVt;
  • Bioqaz (elektrik): 40,807 MVt;
  • Digər bərk bioyanacaqlar (elektrik): 3846,710 MVt;
Qeyd edək ki, hesabatda Azərbaycanla bağlı məlumatlar əks olunmayıb.

OXŞAR XƏBƏRLƏR