"Kəlbəcər-1" KSES-də 51 milyon kVts-dan çox elektrik enerjisi istehsal edilib

AZƏRBAYCAN
HİDRO
YAŞIL ENERJİ ZONASI

image

2022-ci ilin 26 iyun tarixində Kəlbəcər rayonunda Lev çayı üzərində inşa olunmuş "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyası (KSES) istismara verilib.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, ümumi gücü 4,4 MVt olan basqılı derivasiya tipli KSES-də:

  • 2022-ci ildə 11,6 milyon kVts;
  • 2023-cü ildə 10,4 milyon kVts;
  • 2024-cü ildə 14,6 milyon kVts;
  • 2025-ci ildə 10,3 milyon kVts;
  • 2026-cı ilin 5 ayında isə 4,6 milyon kVts elektrik enerjisi istehsal edilib.

Stansiyada istismara verildiyi tarixdən bu ilin iyun ayınadək 51,5 mln. kVts elektrik enerjisi istehsal edilib.

Renewables.az


OXŞAR XƏBƏRLƏR