İlham Əliyev: "Bərpaolunan enerji sahəsində Serbiya ilə əməkdaşlıq etməyə hazırıq"

AZƏRBAYCAN

image

Bərpaolunan enerji sahəsində Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında deyib.

"Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır," - Azərbaycan Prezidenti vurğulayıb.



OXŞAR XƏBƏRLƏR