"Masdar" “Abşeron-Qaradağ” Külək Elektrik Stansiyası üçün külək resurslarının ölçülməsi kampaniyasını davam etdirir.
Bunu Trend-ə özəl müsahibəsində “Masdar”ın Azərbaycandakı nümayəndəliyinin direktoru Murad Sadıxov bildirib.
“12 aylıq ölçmə mərhələsini başa çatdırmalıyıq, bu, ilin sonunadək planlaşdırılır. Bundan sonra mühəndis araşdırmaları, təchizat və tikinti (EPC) işləri üzrə podratçının seçilməsi prosesi başlayacaq. Tikinti işlərinə 2026-cı ilin əvvəlində başlamağı planlaşdırırıq. Bu, ilkin və mühəndis işlərinin yekunlaşmasından asılıdır, lakin bütün işlərin 2027-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur”, – deyə Sadıxov yekunlaşdırıb.