Naxçıvan MR-da günəş enerjisi istehsalı artıb

14 mart 2025, 14:27 (UTC+4)
ÖLKƏ GÜNƏŞ
EDITOR
image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, cari ilin yanvar-fevral aylarında Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 7,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt-saat və ya 2,7 faiz çoxdur .

Qeyd edək ki, hesabat dövründə respublika üzrə günəş enerjisi istehsalında 8,3 faiz artım qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR