Neftçala GES layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi sənədi imzalanıb

14 sentyabr 2026, 20:59 (UTC+4)
ÖLKƏ GÜNƏŞ
EDITOR
image
Foto: Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti

Azərbaycan Respublikasının Energetika Nazirliyi, SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" (Abu Dhabi Future Energy Company) şirkəti arasında "Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi" sənədi imzalanıb.

Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, imzalanma Prezident İlham Əliyev və BƏƏ-nin Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə baş tutub.

Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir imzalayıblar.

Renewables.az