2023-cü il oktyabrın 26-da gücü 230 MVt olan "Qaradağ" Günəş Elektrik Stansiyası (GES) işə salınıb.
Renewables.Az Energetika Nazirliyinə istinadla xəbər verir ki, 550 hektar ərazini əhatə edən Qaradağ GES-də 570 min günəş paneli quraşdırılıb.
İstismara verildiyi tarixdən bu ilin oktyabr ayınadək (01.10.2026) stansiyada 1 milyard 488 milyon kVts elektrik enerjisi istehsal olunub.
Qaradağ GES-də illər üzrə elektrik enerjisi istehsalı:
- 2023: 13,2 milyon kVts;
- 2024: 490,4 milyon kVts;
- 2025: 534,3 milyon kVts;
- 2026 (9 ay): 450,1 milyon kVts.
Azərbaycanın bərpa olunan enerji sahəsində ilk iri miqyaslı beynəlxalq investisiya layihəsi olan stansiya ölkəmizdə yaşıl enerjiyə keçidə və elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının artmasına mühüm töhfə verir.