"Şəms" Günəş Elektrik Stansiyası üzrə şəbəkə tədqiqatları aparılacaq

21 Oktyabr 2026, 12:28 (UTC+4)
ÖLKƏ • GÜNƏŞ • YAŞIL ENERJİ ZONASI
EDITOR
image
Foto: "Şəms-1" GES | Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti

Türkiyənin "EPRA Energy" şirkəti Cəbrayılda inşa edilən 50 MVt gücündə "Şəms" Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə elektrik şəbəkəsi tədqiqatları aparacaq.

Renewables.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Tədqiqatlar çərçivəsində stansiyanın elektrik şəbəkəsinə qoşulması və şəbəkəyə təsirinin təhlili, harmonik ölçmələr və elektrik enerjisinin keyfiyyətinin qiymətləndirilməsi, həmçinin şəbəkə kodeksinin tələblərinə uyğunluğun yoxlanılması nəzərdə tutulur.

Qeyd edək ki, 2025-ci ilin oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” GES-in təməlini qoyub.