Tələbələr “Qobustan” Günəş Elektrik Stansiyasında infoturda iştirak ediblər

21 Oktyabr 2026, 17:06 (UTC+4)
ÖLKƏ • GÜNƏŞ
EDITOR
image
Foto: Sumqayıt Dövlət Universiteti

Sumqayıt Dövlət Universitetinin (SDU) Energetika və Rəqəmsal Texnologiyalar fakültəsinin tələbələri və universitet rəhbərliyinin nümayəndələri “Smart Energy Engineering Solutions” MMC ilə əməkdaşlıq çərçivəsində “Universal Solar Azerbaijan” MMC tərəfindən həyata keçirilən 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasına infotur ediblər.

Renewables.az xəbər verir ki, bu barədə SDU məlumat yayıb.

Səfər zamanı iştirakçılara günəş panellərinin iş prinsipi, günəş enerjisinin elektrik enerjisinə çevrilməsi, invertor və transformator sistemlərinin fəaliyyəti, eləcə də istehsal olunan enerjinin elektrik şəbəkəsinə ötürülməsi prosesi barədə məlumat verilib. Tələbələr stansiyanın texnoloji infrastrukturu və tətbiq olunan mühəndislik həlləri ilə yerində tanış olublar.

İnfotur tələbələrin günəş panellərinin enerji çevrilmə səmərəliliyinin artırılması, iqlim və ətraf mühit amillərinin enerji istehsalına təsirinin qiymətləndirilməsi, enerji itkilərinin azaldılması və bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə inteqrasiyası kimi aktual elmi-tədqiqat istiqamətləri üzrə biliklərinin dərinləşdirilməsinə və tədqiqat maraqlarının inkişafına xidmət edir. Eyni zamanda, bu təcrübə tələbələrin gələcək elmi layihələrdə iştirakını təşviq edir və energetika sahəsində innovativ mühəndislik həllərinin işlənib hazırlanmasına yönəlmiş tədqiqat fəaliyyətini stimullaşdırır.

Renewables.az
1 / 5