SOCAR Green şirkəti Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) göstəricilərinin beynəlxalq standartlara uyğun olaraq effektiv şəkildə toplanması, təhlili, monitorinqi və hesabatının təmin edilməsi üçün ESG hesabat analitiki vakansiyası elan edib.
Vəzifə sahibi maraqlı tərəflərə şəffaf, dəqiq və etibarlı hesabatların təqdim edilməsini təmin etməklə yanaşı, ESG strategiyasının həyata keçirilməsində analitik dəstək göstərəcək.
İşə müraciət etmək istəyən namizədlər CV-lərini hr@socar-green.az e-poçtuna göndərə bilərlər.
