"SOCAR Green" günəş və külək enerjisi sahəsində mütəxəssis vəzifəsi üzrə vakansiya elan edib.
Məlumata görə, seçiləcək namizəd Kommersiya və Sənaye (C&I) seqmenti, eləcə də iri həcmli (utility-scale) bərpaolunan enerji layihələrinin texniki inkişafı və icrasına dəstək göstərəcək.
Qeyd olunur ki, vəzifə şirkətin Texnologiya və İnnovasiya Departamentində, Günəş və Külək Enerjisi üzrə Baş Mütəxəssisin nəzarəti altında fəaliyyət göstərməyi nəzərdə tutur. Namizəd texniki qiymətləndirmələr, mühəndislik təhlilləri, layihələrin inkişaf mərhələləri və icra prosesində dəstək funksiyalarını yerinə yetirəcək.
Bildirilib ki, bu vəzifə karyerasının ilkin mərhələsində olan namizədlər üçün uyğun hesab olunur. Əvvəlki iş təcrübəsi məcburi olmasa da, bərpaolunan enerji və ya elektroenergetika sahəsində ən azı 1 il iş təcrübəsi üstünlük kimi qiymətləndiriləcək.
Müraciət etmək istəyən namizədlər CV-lərini hr@socar-green.az e-poçtuna göndərə bilərlər.
