SOCAR və "Masdar" bərpa olunan enerji layihələri üzrə görülən işləri nəzərdən keçirib

AZƏRBAYCAN

image

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi ilə görüşüb.

SOCAR-ın məlumatına görə, görüşdə SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinin inkişafı üzrə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, şirkətlərin birgə iştirakı ilə Azərbaycanda reallaşdırılan külək və günəş elektrik stansiyaları layihələri üzrə görülən işlər nəzərdən keçirilib.

Söhbət zamanı tərəflər ədalətli enerji keçidi və dekarbonizasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib, bu istiqamətlərdə dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR