SOCAR və "Wood" bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib

AZƏRBAYCAN

image

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wood” şirkətinin icraçı prezidenti Stiv Nikol ilə görüşüb.

SOCAR-ın məlumatına görə, görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib.

Söhbət zamanı SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, eləcə də “midstream”, “upstream”, “downstream”, bərpaolunan enerji, rəqəmsallaşdırma sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR