Statistika Komitəsi: Külək enerjisi istehsalı 41 faiz artıb
23 may 2023,
17:05 (UTC+4)
ÖLKƏ
•
KÜLƏK
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda külək elektrik stansiyalarından 21,2 milyon kVt-saat elektrik enerjisi istehsal olunub.
Renewables.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3 % çoxdur.