Azərbaycan Totel Energies şirkəti ilə 35 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə energetika naziri Pərviz Şahbazov "X" hesabında yazıb.
"Total Energies" şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə Abşeron qaz kondensat yatağının tammiqyaslı işlənməsi, əməliyyatların karbon izinin azaldılması, eləcə də şəbəkənin gücləndirilməsinin növbəti mərhələsi çərçivəsində 35 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik", - nazir qeyd edib
