Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "Rosatom"un baş direktoru Aleksey Lihaçov ilə nazirlikdə geniştərkibli görüş keçirdiklərini bildirib.
Renewables.az xəbər verir ki, Bayraktar sosial şəbəkə hesablarında etdiyi paylaşımda görüş zamanı Türkiyənin 70 illik nüvə enerjisi arzusunun reallığa çevrildiyi "Akkuyu" Atom Elektrik Stansiyasında son vəziyyəti, birinci blokun istismara verilməsi istiqamətində aparılan işləri və digər üç reaktorda gedən prosesləri müzakirə etdiklərini qeyd edib.
Bayraktar bildirib: "Akkuyu ilə başlayan nüvə enerjisi təşəbbüsümüzü Sinop və Trakyadakı yeni stansiyalarımız, eləcə də kiçik modul reaktorlarla genişləndirəcəyik. Məqsədimiz 2050-ci ilədək nüvə enerji gücümüzü 20 min meqavata çatdırmaqdır".