Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Abşeron ərazisindəki turbinləri test rejimində çalışmağa başlayıb.
Renewables.az-ın xəbərinə görə, Abşeron sahəsində hər birinin gücü 6,5 MVt olan 12 külək turbini quraşdırılıb ki, bu sahənin qoyuluş gücü 78 MVt-dır.
Stansiyada istehsal olunan elektrik enerjisi ərazidə qurulan 220 kV Qobustan yarımstansiyasına ötürülür.
Qeyd edək ki, stansiyanın Xızı ərazisində artıq 9 turbinin quraşdırılması başa çatıb.
