“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Texniki İşçi Qrupun növbəti iclası baş tutub. Bu barədə layihə üzrə birgə müəssisə - "Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti" MMC (GECO) məlumat yayıb.
İclas çərçivəsində texniki-iqtisadi əsaslandırma üzrə əsas iş istiqamətləri: xərc-fayda təhlili, texniki inteqrasiya, marşrutlaşdırma və biznes modeli məsələləri müzakirə olunub.
Bildirilib ki, qeyd olunan iş istiqamətlərinin əksəriyyəti artıq yekun mərhələyə yaxınlaşır. Hazırda nəticələrin ümumiləşdirilməsi, yekun təsdiq və təsdiqlənmə prosesinə hazırlanması məqsədilə aktiv müzakirələr davam etdirilir.
Qeyd olunub ki, yaxın vaxtlarda layihə üzrə müsbət nəticələrin təqdim edilməsi gözlənilir.
