"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin TİƏ sənədinin yekun mərhələsi müzakirə olunub

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

"Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti" (GECO) tərəfindən İtaliyanın Milan şəhərində "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin Texniki-İqtisadi Əsaslandırma sənədinin yekun mərhələsinə həsr olunmuş geniştərkibli seminar keçirilib.

Renewables GECO-ya istinadən xəbər verir ki, iki gün davam edən tədbirdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyadan nümayəndə heyətləri, eləcə də GECO və CESI şirkətlərinin təmsilçiləri iştirak ediblər. Seminar çərçivəsində layihənin texniki, iqtisadi və strateji istiqamətləri üzrə intensiv müzakirələr aparılıb.

Müzakirələr zamanı iqtisadi və xərc-fayda təhlilinin hazırkı vəziyyəti, əldə olunan əsas nəticələr və iştirakçı ölkələr arasında əlavə koordinasiya tələb edən açıq məsələlər nəzərdən keçirilib. Texniki sessiyalarda enerji sistemlərinin inteqrasiyası, HVDC infrastrukturunun işləmə prinsipləri və dəhlizin həyata keçirilməsi ilə bağlı müxtəlif texniki ssenarilər ətraflı şəkildə təhlil olunub.

Seminarda həmçinin layihənin marşrut variantları, iştirakçı ölkələrdən daxil olan rəylər və təklif olunan dəhlizlərin optimallaşdırılması məsələləri müzakirə edilib. Bununla yanaşı, layihənin həyata keçirilməsi üçün mümkün biznes modelləri — tənzimlənən, kommersiya və hibrid yanaşmalar, eləcə də ilkin maliyyə təhlili və maliyyələşdirmə mexanizmləri təqdim olunub.

Tədbir çərçivəsində ayrıca keçirilən sessiyada "Workstream 2" üzrə fəaliyyət istiqamətləri, metodologiya, icra müddəti və tərəflər arasında koordinasiya məsələləri də diqqət mərkəzində olub.

Seminarın sonunda Texniki-İqtisadi Əsaslandırma sənədinin tamamlanması istiqamətində növbəti addımlar razılaşdırılıb. 

Qeyd olunub ki, layihə üzrə Texniki-İqtisadi Əsaslandırma mərhələsi qısa müddətdə tamamlanacaq.

Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR