Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin veb-saytı istifadəyə verilib
AZƏRBAYCAN
-
18.03.2022 16:23 (UTC+04:00)
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin veb-saytı ictimaiyyətin istifadəsinə verilib.
Müasir dizaynda hazırlanmış veb-saytda Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətində həyata keçirilən layihələr, görüşlər, seminarlar, beynəlxalq əməkdaşlıq əlaqələri, elanlar, günəş kalkulyatoru, bundan başqa, yaşıl enerji növləri barədə ətraflı məlumat mövcuddur.
Veb-saytda həmçinin Azərbaycanın bərpa olunan enerji statistikası ilə bağlı infoqrafikalar da öz əksini tapır.
Veb-saytda mütəmadi olaraq ölkəmizdə, eləcə də, dünyada bərpa olunan enerji sahəsində baş verən yeniliklərlə bağlı məlumatlar paylaşılacaqdır.
Veb-sayta aşağıdakı link vasitəsilə keçid edə bilərsiniz: