Ötən il Naxçıvanda elektrik enerjisi istehsalı artıb

13 yanvar 2024, 19:01 (UTC+4)
ÖLKƏ
EDITOR
image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ildə  Naxçıvan Muxtar Respublikasının elektrik stansiyalarında 481 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 mln. kVt-saat və ya 1,3 faiz çoxdur.

Hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə su elektrik stansiyalarında 95,02 mln. kVt-saat, günəş elektrik stansiyalarında 60,93 mln. kVt-saat elektrik enerjisi (qalanı İstilik Elektrik Stansiyalarında) istehsal olunub.

OXŞAR XƏBƏRLƏR