“Azərenerji”nin elektrik stansiyalarının istehsalı artıb

16 sentyabr 2023, 10:33 (UTC+4)
ÖLKƏ
EDITOR
image

Bu ilin yanvar-avqust aylarında "Azərenerji" ASC üzrə elektrik stansiyalarında enerji istehsalı 17 milyard 328,1 milyon kVt-saat təşkil edib.

Renewables.az operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 106,5 milyon kVt-saat və ya 0,6 faiz çoxdur. 

Hesabat dövründə “Azərenerji” ASC üzrə su elektrik stansiyalarında 1 milyard 196,1 milyon kVt-saat elektrik enerjisi istehsal edilib (qalanı İstilik Elektrik Stansiyalarında).

OXŞAR XƏBƏRLƏR