Azərbaycan IRENA ilə "yaşıl" enerji layihələrinin maliyyələşdirilməsi imkanlarını müzakirə edib

AZƏRBAYCAN

image

“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Francesco La Camera ilə görüşüb.

Nazirliyin məlumatına görə, görüşdə Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib, xüsusilə bərpa olunan enerji sahəsində birgə təşəbbüslərin genişləndirilməsi və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu tərəfdaşlığın enerji keçidi və yaşıl enerji gündəliyinin reallaşmasında mühüm rol oynadığı qeyd edilib.

Görüş zamanı “yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib. Francesco La Camera Mərkəzi Asiya və region ölkələri üzrə layihə təşəbbüslərinin genişləndirilməsi məqsədilə layihələrin birgə qiymətləndirilməsi və beynəlxalq maliyyə institutları ilə koordinasiyanın gücləndirilməsinə hazır olduğunu bildirib. Görüşdə, həmçinin bərpa olunan enerji üzrə regional inteqrasiya, elektrik şəbəkələrinin inkişafı, enerji saxlama sistemləri və interkonnektorların genişləndirilməsi məsələləri nəzərdən keçirilib.



OXŞAR XƏBƏRLƏR