Azərbaycan Somali ilə enerji sahəsində potensial əməkdaşlıq imkanlarını dəyərləndirib

AZƏRBAYCAN

image

Energetika naziri Pərviz Şahbazov Türkiyədə "2-ci İstanbul Təbii Sərvətlər Zirvəsi" çərçivəsində Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed ilə görüşüb.

Renewables xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İki ölkə arasında neft-qaz sahələrində imzalanmış Anlaşma Memorandumunun icrası, Birgə İşçi Qrupunun təşkil edilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik, potensial əməkdaşlıq imkanlarını dəyərləndirdik", - deyə o qeyd edib.

Energetika Nazirliyinin bununla bağlı yaydığı məlumata görə, görüşdə Azərbaycanla potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin Somalidən olan tələbələrin Azərbaycanda neft-qaz ixtisasi üzrə təhsil almaları məsələsinə toxunulub.  

Söhbət zamanı Somali tərəfi “Bakı Enerji Həftəsi”nə dəvət edilib.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR