Azərbaycan və Almaniyanın "VNG AG" şirkəti arasında əməkdaşlıq imkanları dəyərləndirilib

AZƏRBAYCAN

image

“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov Almaniyanın “VNG AG” şirkətinin İdarə Heyətinin sədri Ulf Heitmüller ilə görüş keçirib.

Görüşdə qaz tədarükü, enerji keçidi və aşağı karbon həlləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Qlobal enerji bazarında mövcud vəziyyət, enerji böhranı fonunda təchizat təhlükəsizliyi, bazarların şaxələndirilməsi və beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə ölkədə həyata keçirilən enerji keçidi, bərpa olunan enerji mənbələrinin inkişafı, batareya enerji saxlama sistemləri və enerji sisteminin modernləşdirilməsi məsələləri diqqət mərkəzində olub. Bildirilib ki, Azərbaycanda artıq 11 sənaye miqyaslı günəş və külək enerjisi layihəsi icra edilir və bu layihələr yaxın illərdə ölkənin quraşdırılmış gücündə əhəmiyyətli paya sahib olacaq. Qeyd olunub ki, bərpa olunan enerji layihələri nəticəsində həm təbii qaz qənaəti təmin edilir, həm də ixrac imkanları genişlənir. Eyni zamanda şəbəkənin gücləndirilməsi və enerji sisteminin dayanıqlığı üçün investisiyalar artırılır. Həmçinin gələcək enerji sistemində hidrogen, biometan və digər alternativ enerji mənbələrinin rolu, Azərbaycan, Türkiyə və Avropa istiqamətində elektrik enerjisi interkonnektor layihələrinin əhəmiyyəti qeyd olunub, bu istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR