2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın külək elektrik stansiyalarının elektrik enerjisi istehsalı 327,5 milyon kVts təşkil edib.
Renewables.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,5 dəfə çoxdur.
Qeyd edək ki, külək enerjisi istehsalındakı yüksək artım cari ilin yanvar ayında 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi ilə əlaqədardır.
