"Azərenerji" ASC-nin ixrac gəlirləri açıqlanıb

29 Oktyabr 2026, 15:15 (UTC+4)
ÖLKƏ
EDITOR
image

Bu ilin yanvar-sentyabr aylarında "AzərEnerji" ASC 9,2 milyon ABŞ dolları dəyərində ixrac gəliri əldə edib.

Renewables.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 milyon ABŞ dolları və yaxud 53,3 % çoxdur.