Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADNSU-nun Bərpa Olunan Enerji Mərkəzi ilə tanış olub

29 Oktyabr 2026, 10:00 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) səfəri çərçivəsində universitetin Bərpa Olunan Enerji Mərkəzi və laboratoriyası ilə tanış olub.

Renewables.Az ADNSU-ya istinadla xəbər verir ki, səfər zamanı nazirə bərpa olunan enerji sahəsində təhsil alan tələbələrin praktiki və texniki bacarıqlarının inkişafı üçün yaradılmış imkanlar barədə məlumat verilib.

Bərpa olunan enerji üzrə ikili diplom magistr proqramının direktoru Mahmud İsmayılov laboratoriyanın avadanlıqları və onların tədris prosesində istifadəsi barədə məlumat təqdim edib.

Səfər çərçivəsində Məcnun Məmmədov ADNSU-nun Biznes Məktəbində MBA proqramları üzrə təhsil alan tələbələrlə də görüşüb.